Şeyx Sərdarın məhkəməsindən 'Nə xəbər var?' deyənlər üçün!

Şeyx Sərdarın məhkəməsindən 'Nə xəbər var?' deyənlər üçün!

Bura qədər Şeyxin iki məhkəmə iclası keçirilib. Bu iki məhkəmə iclası açıq şəkildə keçirildi. Şeyx Sərdar özü də məhkəmədə iştirak edirdi.Məhkəmədə diqqət çəkən məqam Şeyx Sərdarın ifadə verməməsidir. İstintaq müddətində olduğu kimi Şeyx Sərdar məhkəmədə də, ifadə vermir.
 
Bu addımını  Öz həbsinin səbəbinin iki ölkə arasında yaranan gərginlikdən doğan repressiya olması ilə əsaslandırır.Özünü təqsirli bilmir. Deyir siz məni Şiə ruhanisi olduğum üçün İranla gərginləşən münasibətinizə görə həbs etmisiniz. Elə bu adla da hökm oxuyun. İrəli sürülən ittihamları qətiyyətlə rədd edir. Sonuncu məhkəmə iclasında bundan sonrakı iclasların qapalı keçiriləcəyinə qərar veriləndə Şeyx buna etiraz edib məhkəmə iclaslarının açıq keçirilməsini istəsə də Şeyxin və vəkilinin istəyi təmin edilmədi.
 
Növbəti məhkəmə iclası 27.04.2023 tarixində  saat 15:30-da qapalı keçiriləcək.  Səhhəti və ruhiyyəsi yaxşıdır. Yaxınlarını ona görə narahat olmamağa səslədi. Nədir, qorxusunuz ölərəm? Ölüm insanı hər yerdə haqlıya bilər. Azadlıqda da olsaq həbsdə də olsaq ölüm hamımızın sorağına gələcək. 
 
"Şeyx Sərdar məhkəmədə nə danışdı?sualını vəkili Cavad  Cabadovdan da soruşduq.
 
Vəkil Cavad Cavadov:
Əvvəlki kimi həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu dedi. Özünü təqsirli bilmədiyini bildirdi və İttihamları qətiyyən qəbul etmədi. Ifadə verməkdən də imtina etdi.
 
@MaideTV

Google+ WhatsApp ok.ru