Hacı Adil Əhmədov: Şeyx Sərdar saxta ittihamlarla həbs edilib, hamı bu həbsin siyasi olduğunu bilir

Hacı Adil Əhmədov: Şeyx Sərdar saxta ittihamlarla həbs edilib, hamı bu həbsin siyasi olduğunu bilir

Maide.Az  xəbər verir ki, "Fars" xəbər agentliyi (FNA, - red) azərbaycanlı ruhani Hacı Adil Əhmədovdan "Vilayət məhbusu" Şeyx Sərdar Hacıhəsənli haqqında müsahibə alıb. Bir sıra mühüm mətləblərə toxunulan müsahibəni təqdim edirik:
 
 
FNA: "Salam, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Zəhmət olmasa özünüzü təqdim edin."
 
Hacı Adil: "Salam, mən Azərbaycan Respublikasının vətəndaşı Adil Əhmədov Beynəlxalq Əl-Mustafa Universitetinin İslam fəlsəfəsi üzrə magistr dərəcəsi üzrə məzunuyam. 2003-cü ildə İrana gəlmişəm. İrana gəlməmişdən əvvəl Azərbaycanda dövlət məktəbində və dini məktəbdə təhsilalmışam.
 
2003-cü ildən 9 il müddətində İranda dini elmlər üzrə təhsil almışam və İslam Fəlsəfəsi üzrə magistratura dərəcəsinə yiyələnmişəm. Təhsilimlə yanaşı mədəni və Qurani-Kərim fəaliyyətləri ilə də məşğul olmuşam.
2017-ci ildə dissertasiyamı yazmaq üçün İrana qayıtdım və bir neçə il Əl-Mustafa Universitetinin Təbriz şəhərində ki, nümayəndəliyində İslam elmlərini tədris etmişəm.
Sonra Ukraynanın Odessa şəhərində dini təbliğ etmək üçün dəvət olundum və Ukrayna-Rusiya müharibəsi başlayana qədər təxminən bir il Odessada camaat namazı, cümə namazı, dini suallara cavab və s. bu kimi İslam maarifi fəaliyyətilə məşğul olmuşam.
Həmçinin, bu illər ərzində müxtəlif ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə və s. ölkələrə İslam maarifini yaymaq üçün dəvət olunmuşam. Hal-hazırda Azərbaycan Respublikası Tələbələrinin Elmi Şurasının üzvüyəm və “Hadi TV” beynəlxalq şəbəkəsində dini ekspert kimi çıxış edirəm".
 
FNA: "Şeyx Sərdar Hacıhəsənlinin şəxsiyyəti, həyatı və dini maarifin nəşrində rolu haqqında məlumat vermənizi istərdik."
 
Hacı Adil: "Sərdar Hacıhəsənli Azərbaycan Respublikasında və bəzi başqa ölkələrdə “Şeyx Sərdar” kimi tanınır. O, gənc yaşlarından dinə o qədər bağlı və həvəsli olub ki, 16 yaşında dini moizələr edib.
Şeyx Sərdar bir müddət böyük təqvaya malik olan Molla Bəylərin yanında təhsil alıb və müəlliminin təklifilə müqəddəs Qum şəhərinə gəlib. O, 10 ilə yaxın müqəddəs Qum şəhərində Ayətullah Əhmədi Miyanəci kimi görkəmli din alimlərinin hüzurunda dini elmləri örgənib.
Şeyx Sərdar müqəddəs Qum şəhərində  təhsilini başa vurduqdan sonra Qırğızıstanın paytaxtı Bişkekə və Qazaxıstanın Almatı Universitetinə dəvət olunub, 8 il müddətində bu iki ölkədə fəaliyyət göstərib. Bu iki şəhərdə Əhli-beyt (ə) maarifinin yayılması və rövnəq tapmasında Şeyx Sərdarın çoxlu səyləri və zəhmətlərinin xüsusi rolu var.
Şeyx Sərdarın şəxsiyyəti həqiqətən çox qəribədir və məncə o, müxtəlif dini məsələlərdə, xüsusən də Kəlam elmində bənzərsiz bir şəxsiyyətdir.  O, həm də idarəçilik ruhuna malikdir, mahir, bacarıqlı və çox ağıllı bir natiqdir.
Şeyx Sərdar 8 ildən sonra Masallı şəhərinin qazisının dəvəti ilə bu şəhərin imam-cüməsi olmuşdur. Lakin bir müddət sonra Azərbaycan Respublikası hökuməti tərəfindən həbs edilmiş və Azərbaycanda dini fəaliyyətinə icazə verilmədiyinə görə məhkum edilmiş və 3 il müddətinə həbs edilmişdir.
Sonra Şeyx Sərdar azad oldu, camaat onu daha yaxından tanıdı və xalq arasında sahib olduğu ictimai kimliyinə görə onu daha çox sevdilər, çıxışları əvvəlkindən daha çox dərc olundu.
Şeyx Sərdar həqiqətən hərtərəfli bir şəxsiyyətdir, lakin hər şeydən əvvəl onun ən üstün xüsusiyyəti Allaha bəndəliyidir. Allaha, ilahi qanunlara və Allahın vəlisinə mutidir.
Şeyx Sərdar dini ilahi vəhy bilir və ona görə də heç vaxt bu çərçivədən kənar özündən bir şey demir".
 
 
FNA: "Şeyx Sərdar Hacıhəsənli hansı vəzifələrə sahib idi?"
 
Hacı Adil: "Şeyx Sərdar Azərbaycan Ruhanilər Məclisinin təsisçilərindən və üzvlərindən biridir. Şeyx əsasən mədəniyyət mövzularında fəallıq göstərən, eyni zamanda İslam dünyasının problemlərini əks etdirən və işıqlandıran "Maide.Az" saytının baş redaktoru və təsisçisidir.
O, həm də İslami Oyanış Hərəkatının üzvüdür. Daha mühüm olanı Şeyx Sərdar İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullahül-uzma Seyyid Əli Xameneinin hisbiyyə işlərində Azərbaycan üzrə vəkilidir".
 
 
FNA: "Şeyx Sərdarın yenidən həbs edilməsinin səbəbi nədir?
 
Hacı Adil: "Bir müddət əvvəl Azərbaycan Respublikası ilə İran arasında süni problemlər yarandı və bu problem getdikcə daha da artdı, nəticədə Azərbaycanla İran arasında münasibətlər pisləşdi.
Bu zaman ölkədə şiələrə qarşı gərginlik yarandı, o cümlədən Ayətullah Xameneinin Azərbaycan üzrə vəkili Şeyx Sərdar Hacıhəsənli iki ölkə arasındakı gərgin münasibətlərin qurbanı oldu.
Bundan sonra Azərbaycan Respublikasının hakimiyyəti Şeyx Sərdarı saxta ittihamlarla həbs etdi, hamı onun həbsinin siyasi olduğunu bilir".
 
FNA: "Şiə ruhanilər Azərbaycan Respublikasının mədəniyyətinin və milli dəyərlərinin təbliğində hansı rolu oynaya bilər?
 
Hacı Adil: "Ruhanilərin, xüsusən də şiə din xadimlərinin dünyada mövcud olan bəla və müsibətlərin, o cümlədən fitnə, günah, təkfirçi düşüncələrin və s. bəlaların zərərsizləşdirilməsində əvəzsiz rolu var.
Azərbaycanın da tarixi dini keçmişi var və ali dərəcəli din alimlərinə sahibdir.
Azərbaycanın özündə əgər ölkənin din xadimlərinə həqiqətən də kifayət qədər yer verilsə, Azərbaycan hökuməti ilə ziddiyyət təşkil etməməklə yanaşı, dini və milli dəyərlərin keşiyində dayanacaqlar, ölkəyə və millətə çox faydalı olacaqlar.
Biz bunun nümunəsini 2-ci Qarabağ müharibəsində gördük. Qarabağı ümumi mənada azad edən din xadimlərinin şagirdləri və onların yetişdirdiyləri şəxslər idi".

Google+ WhatsApp ok.ru