Ü.Cəfərov: İran Qarabağ məsələsində həmişə Azərbaycanın hamisi olub

Azərbaycan Respublikasında hərbi ekspert Üzeyir Cəfərov İran müdafiə naziri general-mayor Hüseyn Dehqanın Bakıya son səfərinə toxunub və deyib: Bu səfər iki ölkə arasında hərbi və müdafiə əməkdaşlıqlarının gücləndirilməsinə müsbət təsir göstərəcək.
 
İranın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməsi və bu ölkənin ərazi bütövlüyünü rəsmən tanımasına münasibət bildirən Cəfərov deyib: İran regionda çox önəmli və nüfuzlu ölkədir və bu ölkə ilə əlaqə Azərbaycan üçün çox əhəmiyyətlidir. 
 
Bu hərbi ekspert İran müdafiə nazirinin Bakıdakı çıxışlarına toxunaraq bu müzakirələrin iki ölkə üçün yaxşı səmərələri olacağından arxayınlıq edib. 
Cəfərov iki ölkənin hərbi sənaye sahəsindəki əməkdaşlığının yüksək əhəmiyyət kəsb etdiyini bildirib. 
 
İran İslam Respublikası müdafiə naziri general-mayor Hüseyn Dehqan 20 apreldə Azərbaycan Respublikasına səfərdə bu ölkə prezidenti, müdafiə və müdafiə sənayesi nazirləri ilə görüşərək ikitərəfli əməkdaşlıqlar barədə danışıqlar aparıb.

Google+ WhatsApp ok.ru