100-lərlə insan küçədə qaldı - Bakıda

100-lərlə insan küçədə qaldı - Bakıda

Bu problem artıq bir neçə gündür davam edir
 
Bu gün səhər “Bakı kart” 100-lərlə insanı piyada qoyub. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, “Şamaxinka” kimi tanınan ərazidən “20 yanvar” metro stansiyasına kimi dayanacaqlarda quraşdırılan “Bakı kart” terminalları işləməyib.
 
Ərazidə adıçəkilən terminallarla yanaşı “Milli ön” ödəmə terminalları da var, ancaq onlardan da istifadə mümkünsüz olub.
 
Sakinlər bildirir ki, bu problem artıq bir neçə gündür davam edir. Onların söylədiklərinə görə, terminallar səhər saatlarında, demək olar, işləmir, ancaq günün ikinci yarısından sonra işə salınır. (avtosfer) /

Google+ WhatsApp ok.ru