100 yaşında paraşütdə

Nyu York ştatından olan amerikalı qadın Eleanor Kannigem 100-cü ad gününü paraşütlə tullanaraq qeyd edib. Bu barədə Trend Associated Press-ə istinadən məlumat verir.

E.Kannigem Skohari dairəsində nəvəsi ilə birlikdə yaşayır. O, paraşütlə tullanmaq üçün icazəni öz həkimindən alıb. Həkim qadının sağlamlığının istədiyi işlə məşğul olmağa imkan verdyini bildirib. E.Kannigem 90 yaşından paraşüt idmanı ilə məşğul olur.

Yubilyar “Saratoga Skydiving” mərkəzində paraşütlə tullanıb. Bu onun üçüncü tullanışı olub. Mərkəzin təlimatçısı Din Makdonald E.Kannigemin ən yaşlı müştərisi olduğunu bildirib.
/

Google+ WhatsApp ok.ru