13 saylı CM-ə 2 gündü su verilmir

13 saylı cəzaçəkmə müəssisəsinə 2 gündür içməli su verilmir. Bu barədə “Azadlıq”a bu cəzaçəkmə müəssisəsində cəza çəkən məhbusların ailələrindən məlumat verilib. Havanın hərarətinin yüksək olduğu günlərdə suyun da kəsilməsini məhbuslar işgəncəyə bərabər hal kimi qiymətləndirir. 
Qeyd edək ki, bu CM-də Anar Məmmədli, Tofiq Yağublu, Pərviz Həşimli, Əli İnsanov, İlkin Rüstəmzadə və digər tanınmış vicdan məhbusları cəza çəkir./

Google+ WhatsApp ok.ru