13 saylı CM-də siyasi məhbuslara qarşı haqsızlıq

Məhbusların aldığı soyuducu 3 həftədir giriş qapısında saxlanılır

Bu müəssisədə haqsız yerə cəza çəkən siyasi məhbusların hamısı müəssisənin verdiyi yemək və ərzaqdan yox, evdən gələn ərzaqdan istifadə edirlər.
Artıq yay gəlib və havalar çox isti keçir. Evdən gətirilmiş ərzaqları ancaq soyuducuda saxlamaq mümkündür. Burada digər məhbusların özlərinin şəxsi soyuducuları var. Onları öz vəsaitləri hesabına alıb gətirdiblər. Bu zaman həmin soyuducuların müəssisənin ərazisinə buraxılmasında heç bir problem yaşanmır. Çünki məsələni "Azərbaycan sayağı klassik qayda" ilə həll edirlər.Siyasi məhbuslar isə bu varianta getmədikləri üçün onların birləşib aldıqları soyuducu artıq 3-cü həftədir ki, həbsxananın giriş qapısında saxlanılıb və içəri buraxılmır. Bu zaman ərzində onlara evdən gətirilmiş ərzaqların böyük hissəsi xarab olaraq zibilə atılıb. Hər gün həbsxana rəhbərliyinə müraciət etsələr də yalnız "məsələyə baxılır" şəklində mücərrəd cavab alırlar. Hətta adi məişət məsələsindən belə siyasi rəqiblərinə qarşı işgəncə kimi istifadə edən hakimiyyətin bundan sonra daha ağlasığmaz addımlar atacağını da gözləmək olar. Dünya bunlardan günahsız insanların azadlığını tələb edir, bunlar isə acığa düşüb onlara qarşı yeni işgəncə növləri tətbiq edirlər.
 
Bu qədər cılız, ikrah doğuran addımları, yalnız xəstə zehniyyətin daşıyıcıları ata bilər.azadliq.info/

Google+ WhatsApp ok.ru