145 ton limon və portağal heykələ döndü - FOTO

145 ton limon və portağal heykələ döndü - FOTO

Fransanın Aralıq dənizi sahillərində yerləşən Menton qəsəbəsində ənənəvi “Limon festivalı” keçirilir. Martın 1-nə qədər davam edəcək budəfəki festivalda 145 ton limon və portağal heykəllərə çevrilib.
 
Mentondakı “Limon festivalı”nın 84 illik tarixi var. İlk festival 1933-cü ildə təşkil olunub. Fransa-İtaliya sərhəddində yerləşən Menton o zaman Avropanın öndə gedən limon, mandarin və portağal istehsalçısı olub. Amma indi bu öncüllüyünü itirib. “Limon festivalı”na meyvələr İspaniyadan gətirilir.
 
Hər il dünyanın dörd yanından təxminən 300 min turist məhz bu festivalda iştirak üçün Mentona gəlir. (azadliq.info) /
 
C vitaminli Mari Poppins
 
 
Brandenburg Qapısı (Almaniya) üzərində “Cabaret” müzklından müğənni Salli Bovles
 
 
Mandarindən hazırlanmış “Aslan Kral” və zürafələr
 
 
Keçmişdən gələcəyə…
 
 
10 metrlik “Notre Dame” kilsəsi və Esmeralda
 
10 metrlik “Notre Dame” kilsəsi və Esmeralda
 
“Singin’ in the Rain” müziklının qəhrəmanı aydın səma altında

Google+ WhatsApp ok.ru