169 donorun qanında virus aşkarlanıb

169 donorun qanında virus aşkarlanıb

 Qanvermə aksiyasında iştirak etmiş 169 nəfərdə virus aşkar olunub. Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.
 
"Donorların arasında HİV virusu aşkarlanmayıb. 44 nəfərdə HbsAg (hepatit B), 76 nəfərdə HCV (hepatit C), 49 nəfərdə isə sifilis aşkar edilib. Virus aşkar edilən nümunələr müvafig gaydada zərərsizləşdirilib.
 
Sentyabrın 10-da "Aşura" günü ilə əlaqədar məscidlər, ziyarətgahlar və tibb müəssisələrində keçirilən qanvermə aksiyasında 5809 nəfər iştirak edib. Onlardan 2 614.1 litr qan toplanıb.  

Google+ WhatsApp ok.ru