18 avqustda gözlənilən hava şəraiti açıqlanıb

18 avqustda gözlənilən hava şəraiti açıqlanıb

18 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

 
Maide.Az xəbər verie ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 18 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. 
 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-21,  gündüz  26-28,  Bakıda  gecə 19-21, gündüz  26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək,  nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.   
 
Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə  24-25 dərəcə isti təşkil edəcək.
 
18 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz  13-17 dərəcə  isti olacaq.
 

Google+ WhatsApp ok.ru