190 manatı almaq istəyənlərin diqqətinə -YENİLƏNİB 10 Aprel 2020 09:30 Ölkə Bu SMS-dən sonra 190 manatı ala bilərsiz İlk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb. Maide.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər. Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər. Ödəmənin alınması ilə bağlı təsdiq SMS-i bu formada gəlir: Teqlər : #190,#manatı,#almaq,#istəyənlərin,#diqqətinə,#YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Aprelin 10-da 18 dərəcə isti olacaq Sığorta vaxtı bitən avtomobillərin texniki vasitələrlə aşkarlanması dayandırılıb