1 milyon sürücünün icbari avtosığortaya artıq haqq ödədiyi üzə çıxıb

1 milyon sürücünün icbari avtosığortaya artıq haqq ödədiyi üzə çıxıb

2014-cü ilin iyun ayından 2015-ci ilin sentyabr ayına qədərki 15 ay ərzində Türkiyədə təxminən 1 milyon sürücüdən avtomobillərin icbari sığortasına görə lazım olandan artıq sığorta haqqı alınıb.
 
"Report"un Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, sığorta şirkətlərinə ödənilən əlavə məbləğ adambaşına orta hesabla 100 lirə (təxminən 54 manat) təşkil edib.
 
Avtomobil sahiblərinin əlavə xərcə düşməsi onların qəzasız keçirdikləri illərə görə güzəştlərdən istifadə edə (Bonus-Malus sistemindən faylalana) bilməməsi ilə bağlıdır. Məsələ ondadır ki, sığorta şirkətləri avtomobilini satmış və bununla da bir müddət sığorta şirkətlərinə işə düşməmiş sürücüləri yeni müştəri kimi qeydə alıblar. Son nəticədə həmin sürücülərə sığorta haqqında güzəşt edilməyib. Baxmayaraq ki, maşını satana qədər qəza törətməmiş sürücülərə icbari sığorta endirimlə satılmalı idi.
 
Məsələ ictimailəşdikdən sonra sığorta şirkətlərinə artıq alınmış pulların müştərilərə geri qaytarılması barədə göstəriş verilib. Beləliklə, avqustun 1-dən başlayaraq 2 il ərzində sürücülər mülki məsuliyyətinin sığortalamaq məqsaədi ilə ödədikləri artıq məbləği sığortaçılardan ala biləcəklər. 
 

Google+ WhatsApp ok.ru