2015-ci ilin şok boşanma statistikası- səbəblər

Ötən il dekabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 11 min nəfər boşanıb. Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 78,5 min nikah halının qeydə alındığını açıqlayıb. Statistikadan da göründüyü kimi, Azərbaycanda boşanmaların sayında çoxalma müşahidə edilir.
Bəs boşanmalara gətirən səbəblər hansılardır? Bunun qarşısını almaq üçün hansı adekvat addımlar atılmalıdır?
İslamınSəsi mövzunu psixoloq Dəyanət Rzayevlə müzakirə edib. Ekspert bildirib ki, öz dəyərləri olan Azərbaycanda ailə qurmaq mütləq hal hesab edilir. Təbii ki, ailə qurmağın müsbət tərəfləri çoxdur. Təəssüflər olsun ki, indiki gənclərin əksəriyyəti nə maddi, nə də mənəvi cəhətdən ailə qurmağa tam hazır vəziyyətdə deyillər. Bu səbəbdən də nəticə acınacaqlı olur.
Ekspert deyib ki, mövcud iqtisadi vəziyyətin çətinliyi artıq ailə qurarkən maddiyyat məsələlərinə önəm verməyi qaçılmaz edəcək: “ Azərbaycanda ailələrin boşanmasının səbəbləri arasında məişət münasibətləri, maddi çətinliklər, ailədaxili münasibətlər, televiziyalarda aparılan mənfi təbliğatlar əsas yer tutur”.
Dəyanət Rzayev qeyd edib ki, boşanmaların qarşısını almaq üçün ilk növbədə nigaha daxil olan insanların düşüncə uyğunluğu olmalıdır. Bundan əlavə valideynlərin təkidi ilə ailə qurulmamalıdır. Həmçinin ailə quran şəxslər buna həm maddi, həm də mənəvi cəhətdən hazır olmalıdırlar. /

Google+ WhatsApp ok.ru