2016-ci ilin bayram günləri bəlli oldu

Novruz bayramında 8 gün qeyri-iş günü olacaq

Nazirlər Kabineti "2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edib.
 
Maide.az xəbər verir ki, qəbul edilmiş qərara əsasən, 20, 21, 22, 23, 24 mart Novruz, 6, 7 iyul  Ramazan, 12, 13 sentyabr Qurban bayramıdır.
 
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Əmək Məcəlləsinə əsasən gələn il Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün gələn il Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixlərində qeyri-iş günü olacaq./

Google+ WhatsApp ok.ru