2017-ci ildən indiyədək Fransada 7 məscid bağlanıb

2017-ci ildən indiyədək Fransada 7 məscid bağlanıb

 
2017-ci ildə Fransa hökuməti   terrorizmlə mübarizə bəhanəsi ilə indiyədək ölkədə 7 məscidi bağlayıb. 
 
Maide.Az “alkhaleejonline” saytına istinadən xəbər verir ki,  məlumata görə, bu müddət ərzində Fransada 10 terror hücumunun qarşısı alınıb. 
 
Fransa DİN-in yayımladığı bəyanatda qeyd olunur ki, bu müddət ərzində   terrorçuluqda şübhəli bilinən 93 nəfərin evində axtarış aparılıb,  106 nəfər haqqında ev dustağı qərarı çıxardılıb. 
 
Qeyd edək ki, Fransada 2015-ci il terror hücumundan sonra  “terrorizmlə mübarizə qanunu” təsdiqlənib. Qanun aidiyyatı qurumlara və polisə gərəkli bildikləri zaman ibadət ocaqlarını  bağlamaq üçün  səlahiyyət verir. 
 

Google+ WhatsApp ok.ru