2018-ci ilin 7 ayında körpələrə ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

2018-ci ilin 7 ayında körpələrə ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda doğulmuş uşaqlara qoyulan ən populyar adların siyahısına nəzər salıb.
 
Maide.Az "novator.az"a isitnadən xəbər verir ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya əsasən, qız adları içində ilk sırada dayanan Zəhra adı yeddi ayda 1225 uşağa verilib.
 
Populyar adlar onluğunda Nuray (841 uşaq) ikinci, Aylin (798) üçüncüdür.
 
Məryəm adını yanvar-iyul aylarında 791, Zeynəb adını 727, Fatimə adını 673, Mələk adını 643, İnci adını 570, Dəniz adını 501, Mədinə adını 486 qız uşağı alıb.
 
Oğlan adlarına Yusif başçılıq edir. Bu ad yanvar-iyul aylarında 1175 uşağa verilib.
 
Digər populyar adlar bunlardır: Əli (975 uşaq), Hüseyn (885), Ömər (754), Uğur (737), Məhəmməd (671), Murad (638), Ayxan (538), Tunar (433), İbrahim (345).

 

Google+ WhatsApp ok.ru