2020-ci il ən isti illərdən biri ola bilər

2020-ci il ən isti illərdən biri ola bilər

Bu ilin hava və iqlim sistematik müşahidələri tarixində ən isti illərin ilk beşliyinə düşmə ehtimalı var.
 
Belə proqnozla BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) çıxış edib.
 
Qeyd olunub ki, bu ilin may ayı hava və iqlim müşahidələri tarixində ən isti may ayı olub, yanvar-may ayları arasındakı dövr isə yalnız 2016-cı ilin analoji periodundan geri qalıb.
 
“Bu ilin ilk beş ayında Yer səthindəki temperatur istiliyinə görə ikinci ən yüksək göstəriciyə sahib olub. Yalnız “El Ninyo” effektinin güclü olduğu 2016-cı ildə bundan bir qədər yüksək istilik olmuşdu. Avropa və Amerika məlumat bazalarına əsasən, may ayı müşahidələr tarixindəki ən isti may olub. 2020-ci il isə, 99,9% ehtimalla, qeydə alınmış ən isti 5 və ya 10 il arasında olacaq”, - ÜMT-nin məlumatında qeyd olunub.
 
Cənubi Amerika, Avropa və Asiyada 2020-ci ilin ilk beş ayı müşahidələr tarixində ən istisi olub. Asiyanın şimalındakı böyük ərazidə havanın temperaturu orta göstəricidən az 3,5 dərəcə isti olub. Yanvar-may aylarında Atlantik okeanında, Sakit okean və Hind okeanının cənubunda rekord yüksək temperatur qeydə alınıb. /Report
 

Google+ WhatsApp ok.ru