20 Yanvar faciəsi ilə bağlı sosial çarx - Video 20 Yanvar 2018 02:00 Ölkə -- Həqiqətən əngəlli olma heç nəyə əngəl deyildir Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş sosial layihə həyata keçirilib. Maide.Az bildirir ki, Məktəbin müəllimi Könül Quliyeva “Qafqazinfo”ya bildirib ki, bu video çarxı çəkməkdə məqsəd 20 yanvar hadisələrinin eşitmə və danışma məhdudiyyətli uşaqlarda hansı hisslər oyatdığını və onların bu məhdudiyyətinə baxmayaraq Vətənin müdafiəsi uğrunda mübarizəyə hər zaman hazır olduqlarını nümayiş etdirməkdən ibarətdir. “Bu uşaqlara vətənpərvərlik ruhunu aşılamaqda müəllim kollektivinin əməyi çox böyükdür. Həqiqətən əngəlli olma heç nəyə əngəl deyildir”, - deyə K. Quliyeva söyləyib. Teqlər : #20 Yanvar faciəsi ilə bağlı sosial çarx Video, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunur Prezident seçkilərinə hazırlıq başlayıb