21 təşkilat Azərbaycanla bağlı bəyanat verib

21 beynəlxalq hüquq-müdafiə təşkilatı birgə bəyanat yayaraq Azərbaycanda vicdan məhbusu kimi tanınan bütün məhbusların azad edilməsinə çağırıblar.
 
«Turan»nın xəbərinə görə, bəyanatda prezidentin sonuncu əfv fərmanı ilə 14 siyasi məhbus sayılan şəxsin azad edilməsindən razılıq ifadə olunur. Qeyd edilir ki, jurnalist Rauf Mirqədirov da martın 17-də Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib.
 
«Biz bu şəxslərin azadlığa buraxılması barədə məlumatlardan rahatlıq duyuruq. Lakin bu 15 nəfərin heç biri həbs olunmamalı idi. Bundan əlavə, onlarla adam hələ həbsdədir. Onlar azad edilməlidir və bu siyasi motivli həbslərə son qoyulmalıdır»,-deyə «Hüquqlar naminə idman» kampaniyasının koordinatoru Rebecca Vincent bildirib.
 
Bəyanatda deyilir:
 
«Jurnalistlər Xədicə İsmayılova, Seymur Həzi, vəkil İntiqam Əliyev, gənc fəal İlkin Rüstəmzadə, REAL Hərəkatının lideri İlqar Məmmədov həbsdədir. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun buraxılmasını tələb edib. Biz beynəlxalq ictimaiyyəti ilk növbədə digər siyasi məhbusların azadlığa buraxılmasına, Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üçün islahatlara təkid etməyə çağırırıq».
 
Sənədi imzalayanlar:
 
Article19,
 
Civil Rights Defenders
 
Committee to Protect Journalists
 
Freedom Now
 
Front Line Defenders
 
Helsinki Foundation for Human Rights
 
Human Rights House Foundation
 
Index on Censorship
 
Institute for Reporters’ Freedom and Safety
 
International Federation for Human Rights (FIDH)
 
International Media Support
 
International Partnership for Human Rights
 
NESEHNUTI
 
Netherlands Helsinki Committee
 
Norwegian Helsinki Committee
 
PEN America
 
People in Need
 
Platform
 
Polish Green Network
 
Reporters Without Borders
 
World Organisation Against Torture (OMCT). azadliq.org /

Google+ WhatsApp ok.ru