Bakı-Naxçıvan avtobuslarının bilet qiymətləri AÇIQLANDI 16 İyul 2021 15:48 Ölkə 17 iyul 2021-ci il tarixindən etibarən Azərbaycan Respulikasının Nazirlər Kabinetinin Qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutu fəaliyyətə başlayır. Maide.Az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Modern.az-a bildirilib ki, ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur. Belə ki, sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 09:00 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir. Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcədə avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə Online gediş bileti sifariş edə bilərsiniz. Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcəkdir. Sərnişinlərin nəzərinə çatdırırıq ki, Gömrük keçid məntəqəsində sərnişinlərdən Covid-19 testi götürüləcəkdir. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur. Teqlər : #BakıNaxçıvan,#avtobuslarının,#bilet,#qiymətləri,#AÇIQLANDI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-Naxçıvan-Bakı marşrutu bu qaydalarla işləyəcək - Rəsmi açıqlama Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazar yaradır