2 il sonra Kərbəla hava limanına ilk təyyarə eniş edə biləcək

2 il sonra Kərbəla hava limanına ilk təyyarə eniş edə biləcək

Kərbəla beynəlxalq hava limanı layihəsinin rəhbəri Fovzi Şaher deyib ki, bütün çətinilklərlə baxmayaraq Kərbəla hava limanının tikintisinin təkmilləşməsi üçün nəzərdə tutulan zaman cədvəli ilə bağlı öhdəliyini yerinə yetirəcək.  
 
Maide.info xəbər verir ki, ötən gün İmam Hüseyn (ə) hərəminin məsul işçisi Şeyx Abdul-Mehdi Kərbəlayi və digər bir neçə nəfər Kərbəla hava limanının tikintisinə baxış keçirib. 
 
Kərbəla hava limanı layihəsinin rəhbəri həmçinin deyib ki, hava limanının tikintisi hazırlanmış layihə çərçivəsində aparılır. Çalışırıq ki, təməl qoyduğumuz gündən 24 ay ərzində tikinti işlərini başa vuraq. 
 
Beynəlxalq Kərbəla Aeroportunun təməl qoyma mərasimi yanvarın 23-də keçirilmişdir. 
 
Aeroportun tikinti xərcləri 500 milyon dollar olaraq müəyyənləşib və inşaat işlərini Britaniyanın “Cooper Jess” şirkəti həyata keçirir.

Google+ WhatsApp ok.ru