300 saylı məktəbin yüz dərdi... - FOTO

300 saylı məktəbin yüz dərdi... - FOTO

Artıq 2016/2017-cı ilin tədris ili başlayıb. Bakıda yerləşən bəzi təhsil müəssisələrində acınacaqlı mənzərə hökm sürür. Belə ki, Biləcəri qəsəbəsi, şəhid Vüqar Əvəzov adına 300 saylı orta məktəbin binası yararsız vəziyyətdədir və orada normal təhsil almaq üçün şərait yoxdur. 
 
Maide.Az xəbər verir ki, valideynlərdən birinin göndərdiyi məlumatda bu vəziyyət öz əksini tapıb. Bildirilir ki, yararsız vəziyyətdə olan məktəb binası tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Köhnə avadanlıqlar artıq yararsız vəziyyətdədir.   
 
Bildirək ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planından Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin köhnə korpusunun (idman və akt zalı ilə) sökülərək 960 şagird yerlik yeni tədris korpusunun, idman və akt zalının tikintisi nəzərdə tutulub. 
 
Bu işin içrası 2014-2016-cı illər ərzində Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib. Amma görünən odur ki, dövlət proqramının başa çatmasına üç ay qalsa da, plan hələ də icra olunmayıb. (bizimyol) /
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru