3 min il yaşı olan qılınc

3 min il yaşı olan qılınc

Danimarkanın Svebolle şəhəri yaxınlığında həvəskar arxeoloqlar yaşı təxminən 3 min il olan qılınc aşkar ediblər.
 
 “Svopi”  xəbər verir ki, silahın uzunluğu təxminən 82 santimetrdir. Qılıncda tunc dövrünün izlərini aydın görmək mümkündür. Onun ucu isə çoxəsrlik dövrdə heç də kütləşməyib.
 
Yerli danimarkalı ekspertlər tapıntını araşdırdıqdan sonra qılıncı Kalundborg şəhərində yerləşən muzeyə təhvil verəcəklər. (azertac)
 

Google+ WhatsApp ok.ru