400 - ə yaxın Quran qarisi Bakıda toplaşacaq - BU GÜN

400 - ə yaxın Quran qarisi Bakıda toplaşacaq - BU GÜN

Bu gün,  İmamət və Vilayət səmasının 2-ci parlaq ulduzu Həzrət İmam Həsən ibn Əlinin (ə) mübarək doğum günü münasibəti ilə Azərbaycan respublikasının Quran qariləri  İranın Bakıdakı Mədəniyyət Mərkəzinin  təşkilatçılığı ilə "Quranla üns" məclisində iştirak etmək üçün Bakıda toplaşacaq.
 
Maide.Az xəbər verir ki, İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Seyyid İbrahim İbrahimi Naid  İQNA ilə müsahibəsində bu xəbəri elan edərək dedi: Bu mərasim, bu gün,  yerli vaxtla saat 18:00-da Şəhdiryar adına mədəniyyət sarayında öz işinə başlayacaq.  " Bu mərasimdə Azərbaycan respublikasının müxtəlif bölgələrindən, o cümlədən Lənkəran, Gəncə və Bakıdan  400 nəfər Quran qarisi iştirak edəcək"
 
O, bildirib ki,  bu mərasim çərçivəsində  Quran-Kərimin əlyazma, xəttatlıq nüsxələri və rəsm əsərləri də sərgilənəcəkdir
 

Google+ WhatsApp ok.ru