46-ı yaşlı pakistanlı 35 uşaq atasıdır

46-ı yaşlı pakistanlı Sərdar Muhəmməd Kilcinin 3 arvaddan 35 uşağı var. 
 
Maide.Az xəbər verir ki, ilk dəfə 26 yaşında ailə quran pakistanlı, 27 yaşında daha iki dəfə ailə qurub. Hazırda ailənin 14 oğlan, 21 qız övladı var. Ailəni dolandırmaq üçün Sərdar xəstəxanada işləməklə yanaşı, mədrəsəyə də rəhbərlik edir.
 
"Şükürlər olsun ki, ailəmi dolandırıram. Əgər, gələcəkdə ailəmi saxlamağa gücüm çatsa, dövlətdən də yardım istəməyəcəyəm",-deyə ailə başçısı bildirib.   
 
O,  100 uşaq atası olmaq arzusundadır.  
 
Sərdarın 15 yaşlı qızı Nəsrin və 13 yaşlı oğlu Əsa atalarının çoxuşaqlılıq fikirlərini dəstəkləyiblər. /
 

Google+ WhatsApp ok.ru