48 faizlik devalvasiyanın sirləri

Mərkəzi Bankdan valyuta bazarına kimlər məlumat ötürüb?

 
Bu ilin fevralın 21-də baş verən 34 faizlik devalvasiyadan bir neçə gün sonra ölkə başçısı İlham Əliyev Mingəçevir səfərində baş verənləri belə izah etmişdi: “Bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm.
 
Bir neçə gün ərzində hər gün bazardan minimum 500 milyon dollar alınırdı və əgər belə getsəydi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın”.
 
 
Göründüyü kimi ölkə başçısı “fevral devalvasiyası”nın məsuliyyətini “möhtəkirlər”in, “natəmiz adamlar”ın üzərinə atıb. Ilham Əliyevin bu çıxışından sonra az sonra Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı” gündəmə gəldi. Cahangir Hacıyev tutduğu vəzifədən azad edildi, Beynəlxalq Bankdan kredit götürən xeyli sayda sahibkar həbs edildi. Həmin vaxt belə mülahizələr irəli sürüldü ki, Ilham Əliyev Mingəçevirdəki çıxışında məhz Cahangir Hacıyevi və onun yaxınətrafını nəzərdə tutub. Bu məlumatların təkzib edilməməsi devalvasiyada Cahangir Hacıyevin suçlu bilindiyi barədə qənaəti möhkəmləndirdi. Milli Təhküəsizlik Nazirliyi (MTN) ətrafında baş verən hadisələr zamanı isə məlumat yayıldı ki, bu məsələdə Cahangir Hacıyevin qudası, keçmiş MTN şefi Eldar Mahmudovun da məsuliyyət payı var.
 
Bütün bunların fonunda isə hökumət nümayəndələri açıqlamalarında Azərbaycanda maliyyə sabitliyinin hökm sürdüyünü, növbəti devalvasiyanın baş verməyəcəyini bəyan edirdilər. Baxmayaraq ki, ekspertlər əsaslı arqumentlərlə bununəksini söyləyirdi. Nəhayət, dekabrın 21-də manat 48 faiz ucuzlaşdı və məlum oldu ki, hökumət nümayəndələri növbəti dəfə vətəndaşları aldadıb. Indi ortaya sual çıxır: Bəs indi nə baş verdi? Bu dəfə də “möhtəkirlər”, “natəmiz adamlar” qazanc əldə etmək üçün vəziyyətdən istifadə edərək hökuməti çətin vəziyyətə qoydu?
 
Yeri gəlmişkən, devalvasiyadan bir neçə gün qabaq məlumat yayılmışdı ki, dollar alışı 58 milyon manatdan 193 milyon manata çatıb. Daha sonra bu rəqəm 500 milyona, sonuncu gün isə 800 milyon manata çatdı. Indi aydınlıq gətirilməlidir ki, hökumət nümayəndələri maliyyə sabitliyindən danışdığı vaxtda dolların satışı niyə birdən-birə artıb? Əhali hökumətə inanmayıb, yoxsa Mərkəzi Bankdan kimlərsə möhtəkirlərə hansısa məlumatları ötürüb? Bu suallara aydınlıq gətirilməlidir.azadliq.info /

Google+ WhatsApp ok.ru