4 faizlik limitin ləğv olunması manatın xeyrinədir, yoxsa?

4 faizlik limitin ləğv olunması manatın xeyrinədir, yoxsa?

İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın 4 faizlik marjanın ləğv edilməsinə münasibət bildirib.
 
"Qafqazinfo" xəbər verir ki, ekspert bu qərarın nə zaman qüvvəyə minməsi ilə bağlı banklara ayrıca rəsmi məktub göndəriləcəyini qeyd edib:
 
"Mərkəzi Bank artıq 4 faizlik marjanı ləğv edib. Bu isə o deməkdir ki, liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq. Mümkündür ki, növbəti hərraclarda artıq liberal məzənnə prinsipinə uyğun proseduralar tətbiq edilsin. Bu halda isə manatın dollara nisbətən məzənnəsinin azalacağı gözlənilir".
 
 
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.  AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: "Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq".
 
Bankirlər isə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.
 
Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil.
 

 

Google+ WhatsApp ok.ru