5000-dən çox Mosul sakini itkin düşüb

İraqın yerli rəsmiləri 5000-dən çox Mosul sakininin itkin düşməsindən xəbər veriblər.
Maide.az xəbər verir ki, Rusiyanın Sputnik informasiya agentliyi İraqın yerli rəsmilərinə istinadən bildirir ki, Neynəva vilayətinin İŞİD terror qruplaşması tərəfindən işğal edilməsindən indiyədək 5000-dən çox şəhər sakini itkin düşüb. 
İraq rəsmilərinin dediklərinə görə, İŞİD Mosulun işğal edilməsindən sonra bu 5000 nəfəri İŞİD sıralarına qoşulmağa və İraq ordusu və təlükəsizlik qüvvələri ilə vuruşmağa məcbur edib.
İndiyə kimi təhlükəsizlik qüvvələrinə qarşı döyüşlərdə həlak olan 3000-dən çox Mosul sakininin adını elan edib. Yerdə qalan 2000 nəfərin taleyi isə hələ də naməlum olaraq qalmaqdadır. Onların ya İŞİD-in əsiri olduğu, ya da İŞİD-ın sıralarına qoşulduğu ehtimal edilir. 
İraq rəsmilərinin dediklərinə görə, bu 2000 iraqlı gənc çox güman ki, ölkənin şimal və qərb məntəqələrində və ya Suriyada həlak olublar. Amma, onların cəsədləri indiyə kimi ailələrinə təhvil verilməyib./
 

Google+ WhatsApp ok.ru