58 minə yaxn şagird buraxılış imtahanı verəcək

58 minə yaxn şagird buraxılış imtahanı verəcək

-- İyulun 3-də

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərdə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
 
Bu barədə DİM-in iyulun 2-də yaydığı məlumatda deyilir.
 
Məlumata görə, bununla yanaşı eyni gündə ölkənin bir sıra rayonlarında orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.
 
"Həmin gün ümumilikdə 57625 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 32795, XI sinif üzrə 24830)", məlumatda vurğulanır.
 
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün saat 15: 00-da başlanır.
 
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 104 imtahan binası ayrılıb.
 
DİM bildirir ki, imtahanların idarə olunmasına 255 imtahan rəhbəri, 2917 nəzarətçi-müəllim ayrılıb.

Google+ WhatsApp ok.ru