5 iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti artırılıb 19 Noyabr 2015 02:00 Ölkə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan 5 iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb. “Report”un əldə etdiyi məlumata görə, onlardan biri “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzdur. Digərlərinin adları açıqlanmayıb. Həbs qətimkan tədbirinin müddəti onların əməllərinin ağırlığı, törətdiyi əməllərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayət materiallarını gizlətmə, saxtalaşdırma, cinayət əməllərini yenidən törətmə göstərilib. Onların hamısı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Bu gün daha 4 iş adamı barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin artırılması gözlənilir. Onlardan biri “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovdur. Qeyd edək ki, saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb./ Teqlər : #5 iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti artırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Metronun `Gənclik` stansiyasına su damır? Yaşayış minimumu kasıb həyata bəs etmir