60 yaşlı Çinli Rio şəhərinə gəlmək üçün 170 min kilometr velosiped sürdü - VİDEO

60 yaşlı Çinli Rio şəhərinə gəlmək üçün 170 min kilometr velosiped sürdü - VİDEO

60 yaşlı Çinli kişi Braziliyada Rio de Janeyro şəhərində keçirilən olimpiya oyunlarına tamaşa etmək üçün 170 min kilometr  velosiped sürüb. 
 
Maide.Az xəbər verir ki,  Çen Guvanmik 3 il öncə öz velosipedi ilə Çindən hərəkət edib ki, olimpiya oyunlarının açılışı zamanı Rio şəhərində olsun. 
 
O, əkinçidir və idman oyunlarına tamaşa etməyi sevir. 
 
Çinli kişi Braziliyaya çatmaq üçün Mekzika, Amerika və digər ölkələrdən , həmçinin  Amazon meşələrindən keçib.  O, bundan öncə də 2008 (Pekin) və 2012-ci il (London) olimpiya oyunlarını da tamaşa etmək üçün öz 3 təkərli velosipedi ilə gedib. (presstv)
 

Google+ WhatsApp ok.ru