6 gün işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq 18 Yanvar 2019 11:07 Ölkə Azərbaycanda 6 günlük tədris sistemi olan məktəblərdə yanvarın 19-da - şənbə günü dərs olacaq. Bunu Təhsil Nazirliyindən bildiriblər. Qeyd olunub ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri yanvarın 17-18-inə aiddir: “Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək”. Xatırladaq ki, təhsil naziri C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Teqlər : #gün,#işləyən,#məktəblərdə,#yanvarın,#19da,#dərs,#olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəzi yerilərdə notariat kontorları ləğv olunur Məktəblərdə iki gün dərslərin dayandırılması qış tətilinin müddətinə təsir edəcəkmi? - RƏSMİ