72 ölkənin nümayəndəsinin iştirakı ilə Quran müsabiqəsi keçirilir

72 ölkənin nümayəndəsinin iştirakı ilə Quran müsabiqəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Qadın Quran hafizlərinin yarışı öz işinə başlayıb. Yarışda 72 ölkənin nümayəndələri iştirak edir.
 
Maide.Az xəbər verir ki, "Fatimə Bint Mübarək" adlı yarış 6 noyabr tarixindən 18 noyabra kimi davam edəcək. Təşkilat komitəsi bu yarışların geniş işıqlandırılması ilə bağlı bildirib ki, yarışlar canlı yayımla və peyk vasitəsilə Nilesat, Arabsat və Hotbird peyk telekanalları vasitəsi ilə "Nur" kanalı tərəfindən yayımlanacaq.
 
Dubay valisinin mədəniyyət işləri üzrə köməkçisi qeyd edib ki, Quran hafizləri beynəlxalq səviyyəli mükafatla qiymətləndiriləcəklər. Müsabiqədə  72 ölkədən -  Ərəb ölkələrindən 19, Avopadan 15, Asiyadan 12, Afrikadan 23 və Latın Amerikasından 3 nəfər iştirak edir.  
 
Münsiflər heyəti müsabiqəyə iştirakçıların Quran bilgilərini sınayırlar. 
 
İlk üç yer üçün müvafiq olaraq 250 min, 200 min və 150 min dirhəm pul mükafatı ayrılıb.
 
Digər qalibləri üçün müvafiq olaraq 65 min, 60 min, 55 min, 50 min, 45 min, 40 min və 35 min dirhəm mükafat nəzərdə tutulub.
 

Google+ WhatsApp ok.ru