`8-ci km bazarı`nda köşklər söküldü - FOTO 26 Oktyabr 2017 01:00 Xəbərlər Bu gün səhər saatlarından başlayaraq, 8-ci kilometr bazarının ətrafında olan taxtadan tikilmiş, kiçik ticarət obyektləri sökülməyə başlanıb. Bu işdə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları iştirak ediblər. Yenicag.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, obyekt sahibləri etiraz əlaməti olaraq yolu kəsmək istəyiblər. Döyülənlər olub. Hətta qarşıdurma zamanı bir nəfərin də özündən getdiyi bildirilir. Səlahiyyətli şəxslər sözügedən əməliyyatın təhlükəsizliklə bağlı olduğunu deyirlər. Hazırda ərazidə təmizləmə işləri aparılır. Köşkləri sökülən 500 nəfərin sabah çörəkpulunu necə qazanacaqları hələ ki, heç kimə məlum deyil.(faktxeber) Teqlər : #`8ci km bazarı`nda köşklər söküldü FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir BMT-nin avtomobilini partlatdılar – 3 ölü, 2 yaralı