9 min Amerikalı İrana səfər etmək üçün viza alıb

Son aylar İrana səfər etmək üçün müraciət edənlərin sayı artıb.  Bunu İranın Vaşinqtondakı maraqlarını qoruyan ofisin rəhbəri Mənuçehr Cəfərzadə deyib. 
 
Maide.az xəbər verir ki, İranın mashreghnews saytının məlumatına görə, M.Cəfərzadə deyib ki, son aylar ərzində İranın turizm bölgələrini görmək üçün ölkəmizə səfər etmək  istəyən 9 mindən çox Amerikalıya viza verilib. 
 
O deyib ki, hazırda  dünyanın 190  ölkəsindən insanlar İrana  vizasız səfər edə bilərlər. Onlara ölkənin 7 hava limanında 30 və 45 gün qalma vizası verilir. /
 

Google+ WhatsApp ok.ru