“Nas” surəsi - audio 12 İyun 2014 01:00 114. “Nas” surəsi (Məkkədə nazil olmuşdur, altı ayədir) Bağışlayan və mehriban Allahın adı ilə 1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə). 2. İnsanların hökmdarına və (mütləq) hakiminə. 3. İnsanların (həqiqi) məbuduna. 4. Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən. 5. O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır, 6. İstər cinlərdən olsun, istərsə də insanlardan». Teqlər : #Nas surəsi audio, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru