“28 may”dakı köhnə evlərlə bağlı qəribə qərar

Səməd Vurğun abidəsinin yaxınlığında yerləşən bir və ikimərtəbəli köhnə binalar sökülməyəcək, təmir ediləcək. Bu barədə tanınmış vəkil Namizəd Səfərov məlumat verib.
 
Vəkil deyib ki, 28 may küçəsi, 80-84 ünvanında yerləşən bir və ikimərtəbəli binaların sökülməsi nəzərdə tutulmuşdu. Binaların sökülməsi ilə bağlı sakinlərə hətta məlumat da verilmişdi. Amma məlum olub ki, istismar müddəti tamamlanmış, yaşayış üçün yararsız hala düşən həmin binalar təmir ediləcək. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti 10 milyon manatdan artıq maliyyə ayırıb.
 
Namizəd Səfərov binaların əsaslı təmirindən sonra söküləcəyinə əmindir: “Sakinlər bahalı təmir-tikinti işləri başa çatdıqdan dərhal sonra bu binaların söküləcəyinə qətiyyən şübhə etməsinlər. Çünki bizdə adətən belə edirlər”.
 
Qeyd edək ki, Dövlət Arxitektura və Tikinti Komitəsi söküləcək evlərin siyahısını açıqlamışdı. Həmin siyahıda istismar müddəti tamamlanmış bir və ikimərtəbəli binalar da var. İndi isə binaların təmirinə pul ayrılıb.Virtualaz.org

Google+ WhatsApp ok.ru