“Milli Mənəvi Dəyərlər” İB İsrail əleyhinə bəyanat yaydı

Bəyanatda deyilir:

“Dünya ictimaiyyətinin gözü qarşısında işğalçı İsrail rejimi yenidən Qəzzaya hücum edərək silahsız mülkü vətəndaşların qətliamını həyata keçirir. Artıq bir neçə gün ərzində dünyasını dəyişənlərin sayı 400-ü keçib və hər saat ölənlərin sayı artır. 

İşğalçı rejimin əvvəlki cinayətləri BMT və digər beynəlxalq qurumlar tərəfindən sanksiya şəkilində cəzalandırılmadığına və İsrail ABŞ-ın açıq-aşkar himayəsini gördüyünə görə, bu dəfəki hücumlarını da rahat həyata keçirir. Bir-iki müsəlman dövlətinin ciddi etirazından başqa İslam dünyası da bu soyqırıma sözdə etirazla kifayətlənirlər. Müsəlman dövlətlər çox gözəl bilirlər ki, bütün müsəlman dövlətləri İsraillə iqtisadi münasibətləri tamamilə dondursaydı bu qətliamlar bu həddə çatmaz və işğalçı rejimin qarşısında ciddi maneə olmuş olardı. 

   “Milli Mənəvi Dəyərlər” İctimai Birliyi olaraq, bu vəhşiliklərin dayandırılması üçün dünya ictimaiyyətindən, beynəlxalq təşkilatlardan tutarlı addım atılmasını tələb edir, müsəlman dövlətlərdən İsrail ilə bütün əlaqələrini dondurmağa səsləyirik. 

Ölkəmizdəki bütün vicdanlı şəxsləri, ziyalıları, təşkilatları, ilahiyyatçıları və KİV-ləri erməni cinayətlərinə bənzər Qəzza qətliamına səssiz qalmamağa çağırırıq." Islamazeri.az

Google+ WhatsApp ok.ru