Əqsa məscidində ifratçı yəhudilər və fələstinlilər arasında qarşıdurma baş verib

Bu gün səhər Əqsa məscidində fələstinlilərlə ifratçı yəhudilər arasında qarşıdurma baş verib.
 
Maide.az-ın əl-Əqsa kanalına istinadən məlumatına görə, Qərb Şəriyədə məskunlaşmış sionist yəhudilər bu gün səhər Əqsa məscidinə hücum ediblər və məscidə qarşı hörmətsizllik etmək istəyiblər. Fələstinlilər onların bu hörmətsizliyinin qarşısını almaq istəyib ki, bu məsələ fələstinlilər və yəhudilər arasında qarşıdurmaya səbəb olub.
 
Polis müdaxiləsi ilə bir neçə fələstinbli yaralanıb. Polis qarşıdurmanı dayandırmaq üçün gözyaşardıcı qazlardan və səs bombalarından istifadə edib. 
 
 Hazırda Əqsa məscidinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib./
 

Google+ WhatsApp ok.ru