“Bakcell” ödəmə kartlarının qıtlığını kompensasiya edir

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti ötən həftə ərzində bazarda ödəmə kartlarının çatışmazlığından yaranmış vəziyyətlə əlaqədar olaraq öz abunəçilərinə 10 dəqiqə bonus hədiyyə edir.
 
Şirkətdən verilən məlumata görə, “Bakcell”in “Cin”, “Klass L”, “Klass XL”, “Klass XXL”, “Klass 5* and Klass 5*+” abunəçiləri avqust ayının 10-na kimi alternativ ödəmə metodlarından istifadə edərkən (ödəmə nöqtələri, onlayn ödəniş, bankomatlar və s.) şəbəkədaxili zənglər üçün etibarlılıq tarixi 3 gün olan əlavə 10 dəqiqə qazanacaqlar. Ödəmənin minimum məbləği 3 manatdır. İnternet, eyni zamanda “E-manat”, “MilliÖn” və s. vasitəsilə 3 manatdan başlayan hər bir ödəniş üçün 10 dəqiqə bonus verilir.
 
Məlumatda qeyd edilib kimi, “Bakcell” mümkün qədər tez bir zamanda bütün ölkə ərazisini ödəmə kartları ilə təmin etməyə çalışır.

Google+ WhatsApp ok.ru