Ərəbistanın şərqində anti-hökumət aksiyaları keçirilib

Ərəbistanın şərqində  yerləşən Qətif şəhərinin əhalisi bir daha Ali- Səud rejiminin siyasətlərinə etiraz olaraq anti-hökumət aksiyaları təşkil ediblər.

Press Tv-nin bu gün verdiyi məlumata görə, Ərəbistanın şərqində yerləşən və əhalisinin əksəriyyətini şiələr təşkil edən Qətif şəhərinin sakinləri  etiraz aksiyaları təşkil ediblər.

Aksiya iştirakçıları ölkədə insan haqlarının pozulmasını pisləyib, siyasi məhbuslar xüsusilə də tanınmış ərəbistanlı ruhani və insan haqları fəalı Şeyx Nəmr Baqir Əl-Nəmrlə həmrəyliklərini bildiriblər.

Məlumata əsasən, Aksiya iştirakçıları anti-hökumət şüarları səsləndirərək mühakimə olunmadan insanların həbsdə saxlanılmasının Ali Səud rejiminin qeyri-qanuni hərəkətlərinin göstəricisi olduğunu bildiriblər və ərəbistanda söz və ifadə azadlığının olması zərurətini vurğulayıblar.

Ərəbistanlı fəalların bildirdiyinə gör 30 mindən çox siyasi məhbus Ali Səud həbsxanalarında saxlanılır. 

Həmçinin 2011-ci ildə Ərəbistanda anti-hökumət aksiyalarının başlanılması zamandan bəri təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində etirazçılardan ən azı 21 nəfər dünyasını dəyişib. maide.az /

Google+ WhatsApp ok.ru