“İŞİD” bayrağını qaldıran şəxs Qamət Süleymanovun qaynı imiş

Milli Şuranın 12 oktyabr mitinqində "İŞİD" terror qruplaşmasının bayrağını qaldıran Ramin Quliyevlə bağlı yeni məlumat daxil olub. 
 
Ramin Quliyev Əbu-Bəkir məscidinin axundu Qamət Süleymanovun qaynıdır. Onun daim Qamət Süleymanovun yanında olduğu, ona köməklik göstərdiyi bildirilir. 
 
Məsələ ilə bağlı aznews.az-a danışan Qamət Süleymanov informasiyanı təsdiqləyib:
 
“Ramin heç vaxt mitinqlərə getmir, onun Facebook dostu Ramini mitinqə dəvət edib. Mən onunla söhbət etdim. Ramin mənə bildirdi ki, o, yerdə Allah kəlamı yazılmış bayraq görüb və onu ayaq altından götürmək istəyib. Bu zaman polislər onu ərazidən kənarlaşdırıb”. 
 
Qeyd edək ki, Ramin Quliyev verdiyi açıqlamasında bayrağı ona tanımadığı bir şəxsin verdiyini demişdi. Onu da bildirək ki, sələfi təriqətinə görə, hakimiyyətə qarşı çıxmaq, mitinqlərə qatılmaq haram sayılır. 

Google+ WhatsApp ok.ru