Şəhid olan zəvvarların yeddi mərasimi keçirildi

Xəbər verdiyimiz kimi, oktyabrın 13-də səhər saat 07:30 radələrində Biləsuvar rayonunda ağır yol qəzası hadisəsi baş verib. Belə ki, Neftçala rayonundan İranın Məşhəd şəhərinə ziyarətə yollanan bir qrup zəvvarın olduğu avtobus qəzaya uğrayıb. Qəza nəticəsində avtobus yoldan çıxaraq aşıb. Avtobusun aşması nəticəsində zəvvarlardan 3 nəfəri həlak olub və digərləri yaralanıb.
Qəzada dünyasını dəyişən hər 3 zəvvar Neftçala rayonu Xıllı qəsəbəsindən olub. Onlardan 1959-cu il təvəllüdlü Elşad Qəzənfər oğlu Məmmədov Xıllı qəsəbəsində yerləşən “Xanım Fatimeyi Zəhra (s.ə)” məscidinin axundu olub. Digər zəvvar 1952-ci il təvəllüdlü Təbib Məhəmməd oğlu Məhərrəmov və1961-ci il təvəllüdlü Afət Həsənağa oğlu Məhərrəmov da kəndin nüfuzlu dindarları olub.
 Ötən gün Şəhid olan zəvvarların Neftçala rayonunda yeddi mərasimi keçirilib. Mərasimdə rayon camaatı ilə yanaşı, digər bölgələrdən də xeyli insan qatılıb. "Deyerler.org"un mərasimdə iştirak edən əməkdaşı xəbər verir ki, mərasimə həmçinin rayon icra hakimiyyətinin başçısı və digər rayon rəsmiləri də qatılıblar.
 Bizdə Allahdan Şəhidlərin ailərə rəhmət diləyir, yaxınlarına isə dərin hüznlə başsağlığı veririk.deyerler /

 

Google+ WhatsApp ok.ru