“Sovetski”-də məscidlər söküləcəkmi?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bu məsələyə aydınlıq gətirib.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev  Salamnews-ə açıqlamasında bildirib ki, söküntü aparılanda tarix və mədəniyyət abidələri saxlanılır: “Məscidlər bizim mənəviyyatımızın göstəricisidir. Yəni, insanların dini ayinləri icra etdiyi yerdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndərin rəhbərliyi ilə məscidlərimiz bərpa olunub, yeni-yeni məscidlər tikilib. Belə olan halda məscidlərin sökülməsindən söhbət gedə bilməz. Heç kim belə qərarın icrasına dəstək verməz. Azərbaycan tolerant ölkədir. Burda nəinki məscidlər, kilsələr də sökülmür. “Sovetski”-də məscidlərin sökulməsi ilə bağlı yayılmış məlumatlar yalandır". /
 

Google+ WhatsApp ok.ru