“Instagram”dan yenilik!

Sosial şəbəkə istifadəçiləri bu yeniliyə sevinəcək

“Instagram” xidmətinin istifadəçiləri fotoşəkil və qısamüddətli videoçarxların dərcindən sonra onlara yazılmış şərhləri redaktə etmək imkanı əldə ediblər.

ANS PRESS-in məlumatına görə, bu haqda “Instagram” rəsmi bloqunda yazılıb.

Bundan əvvəl fotoşəkillərə yazılan ilkin şərhlərdə səhvə yol vermiş istifadəçilər onu dəyişmək və ya silmək üçün fotoşəkil və ya videoçarxı silərək yenidən yükləmək məcburiyyətində olublar.

“Şərhlərin redaktəsi “Instagram” cəmiyyəti tərəfindən ən çox tələb edilən funksiyalardan biri olub. Siz fotoşəkillərin alt hissəsində “Redaktə etmək” adlı yeni funksiyanı tapa bilərsiniz” – “Instagram” xidmətindən bildirilib.

Hazırda “Instagram” xidmətinin auditoriyası 200 milyon istifadəçi təşkil edir. /

Google+ WhatsApp ok.ru