“Sovetski”də 600 ev köçürülüb

“Sovetski”də 1800 ailənin vəsaiti ödənilib, 2400 obyektdə inventarlaşma aparılıb, 600 ev köçürülüb. Maide.az-ın məlumatına görə, bu barədə baş nazirin müavini Abid Şərifov bildirib. O, bir ay ərzində sahəsi az olan evlər barədə məsələnin həll olunacağını da deyib: “Bu məsələ həll olunana kimi az sahəsi olan evləri köçürməyə heç kimin haqqı yoxdur. Maksimum gələn ilin əvvəlinə bu məsələ tam həllini tapacaq”. 

Google+ WhatsApp ok.ru