`​Apple` 8 mln. müştərinin məlumatlarını silib

ABŞ-ın "Apple" şirkəti 2007-2009-cu illərdə xəbərdarlıq etmədən bəzi müştərilərinin "iPod"undan mahnıları silib.
Maide.az-ın məlumatına görə, bu barədə "CNN Money" məlumat yayıb.
 
Məlumata görə, məhkəmənin bu həftə keçirilən hazırlıq iclası zamanı iddiaçı tərəfin vəkili "Apple"in ümumilikdə 8 mln.-dan artıq müştərinin "iPod"undan bəzi musiqiləri sildiyini açıqlayıb. Vəkilin sözlərinə görə, "Apple" ona məxsus "iTunes" proqramının rəqibi olan proqramlar vasitəsilə yüklənən musiqiləri silib. İddianı təsdiq edən "Apple" addımını şirkətlər arasında səsyazma etikası ilə bağlı bağlanmış müqavilənin şərtlərinə uyğun olduğunu açıqlayıb.
 
İddiaçılar məhkəmədə şirkətdən 350 mln. dollar təzminat tələb ediblər və əgər məhkəmə "Apple"in təqsirli olduğunu təsdiq edərsə, şirkət bu pulu ödəməyə məcbur olacaq.  /

Google+ WhatsApp ok.ru