“Əfv siyahısında Leyla Yunusun və daha 26 nəfərin adı var”

“İşçi qrupunun bu günlərdəki işi sırf əfvlə bağlıdır. Daxili işlər naziri Ramil Usubovla görüşmüşük. Bu günlərdə baş prokuror Zakir Qaralovla da görüşəcəyik”.
Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, onların hazırladığı siyahıda 27 nəfərin adı var: 
“Nəzərdə tutduqlarımızın hamısının adını yazmışıq, jurnalistlərimiz də onların içindədir. Siyahıda “NİDA”çıar, Tofiq Yaqublu, İlqar Məmmədov, Rauf Mirqədirov, Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Pərviz Həşimli, Anar Məmmədli, Nemət Pənahov, Bəşir Süleymanlı və başqalarının da adı var”.
Məhkəmə proseslərinin yekunlaşmayanların siyahıya salınmasına gəlincə, Novella Cəfəroğlu deyib: “Bizim borcumuz siyahını hazırlamaqdır, kimlərin əfv olunacağı isə Prezident yanında Əfv Komissiyasının və birbaşa prezidentin səlahiyyətində olan məsələdir”. modern /

 

Google+ WhatsApp ok.ru