“Azercell” jurnalistlər üçün növbəti təlim təşkil edir

“Azercell Telekom” media nümayəndələri üçün yanvarın 8-9-da növbəti peşəkar təlim kursu təşkil edəcək.
 
Şirkətdən Maide.az-a bildirilib ki, kurslarda Böyük Britaniyadan dəvət olunmuş peşəkar jurnalist Den Meyson iştirakçılara “Google”– axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edəcək.
 
Təlimdə çap və internet mediası, həmçinin elektron KİV nümayəndələri iştirak edə bilər. Kurslara qatılmaq istəyənlər özləri haqqında məlumatı (ad-soyad, təvəllüd, iş yeri, əvvəlki iş təcrübəsi, təhsili və əlaqə məlumatları) 2015-ci il yanvarın 5-dək [email protected] ünvanına göndərməlidirlər.
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət olunmalıdır.

Google+ WhatsApp ok.ru