“Şiə və Süni məzhəblərinin müştərək hədislər ensiklopediyası” çap olunub

İranda “Şiə və Süni məzhəblərinin müştərək hədislər ensiklopediyası” çap olunub.
Maide.az-ın məlumatına görə, çap olunan ensiklopediyanın təqdimatı  bu gün “Vəhdət həftəsi” münasibəti ilə Tehranda keçirilən 28-ci beynəlxalq İslami Vəhdət Konfransında təşkil olunub.  Təqdimat mərasimində İran Prezidenti Həsən Ruhani də iştirak edib.
Məlumata əsasən, “Şiə və Süni məzhəblərinin müştərək hədislər ensiklopediyası” 62 cilddədir.  Ensiklopediya 13 ilə hazırlanıb. Orada 50 mövzuda  o cümlədən təfsir, əqaid, fiqh, siyasi, iqtisadi, əxlaq, tarix və digər mövzularla bağlı hədislər toplanılıb.
Qeyd edək ki, “Şiə və Süni məzhəblərinin müştərək hədislər ensiklopediyası”nın hazırlanması ideyası  yarım əsr öncə böyük islam alimi, mərcəyi – təqlid Ayətulllah Burucerdi və  Əl-Əzhər Universitetinin sabiq rektoru Şeyx Mahmud Şaltut tərəfindən irəli sürülmüşdi.  Onlar bu ensiklopediyanın çapını məzhəblərin yaxınlaşması və vəhdəti üçün atılacaq  böyük addım adlandırmışdılar.
28-ci İslami Vəhdət Konfransı bu gün Tehranda öz işinə başlayıb. Konfransda  dünyanın müxtəlif ölkələrindən 300-dən çox alim, siyasətçi və yazarın iştirak etdiyi bildirilir. Konfransın bu gün səhər başlayıb cümə gününə kimi davam edəcək. /

 

Google+ WhatsApp ok.ru